Ana Sayfa > Gündəm / Karusel > Türkiyəli aktyorlar Ermənistana gedəcək

Türkiyəli aktyorlar Ermənistana gedəcək


11-05-2017, 16:39. Yazar: admin
Türkiyəli aktyorlar Ermənistana gedəcək



Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır.

AİA.az APA-ya istinadən xəbər verir ki, teatr erməni yazar Akop Baronyanın "Şərq dişçisi" adlı əsərini səhnələşdirəcək.

Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nilufər bələdiyyə teatrının Ermənistana turneyə çıxması Türkiyədə və Azərbaycanda hiddət və etirazla qarşılanıb: "Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkənBursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir".

Bəyanatda qeyd olunur ki, bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

AİA.az
Geri dön