Ana Sayfa > Gündəm / Karusel > Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq

Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq


11-05-2017, 15:25. Yazar: admin
Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq


Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov sabah IV İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak edəcək.A.Qasımov deyib ki, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında mahnı ifa etməyəcək.

"Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, Azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” - deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Alim Qasımov "Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.(azvision)

AİA.az
Geri dön