Ana Sayfa > Gündəm / Manşet > Nazirlik rəsmən təsdiqlədi - Bakı Avtovağzalı geri qaytarılıb

Nazirlik rəsmən təsdiqlədi - Bakı Avtovağzalı geri qaytarılıb


11-05-2017, 13:12. Yazar: admin
Nazirlik rəsmən təsdiqlədi - Bakı Avtovağzalı geri qaytarılıb






Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yenidən nazirliyin balansına qaytarılmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəqliyyat sahəsində dövlət siyasətini həyata keçirən tənzimləyici mərkəzi icra hakimiyyəti orqanıdır:

"Bakı Beynəlxalq Avtovağzal Kompleksi də ölkənin nəqliyyat sektorunda vacib strukturlardan biridir. Təbii ki, həmin struktur nazirliyin diqqət mərkəzində olmalıdır”-deyə, qeyd olunub.

Qeyd edək ki, fevralın 13-də ölkə başçısının imzaladığı sərəncama əsasən Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Sərəncama əsasən kompleks yeni yaradılan nazirliyin nəzdində fəaliyyətini davam etdirir.(azvision)

AİA.az
Geri dön