Ana Sayfa > Parlament > Toy mərasimində qanlı hadisə: Ölənlər var
Toy mərasimində qanlı hadisə: Ölənlər var11-05-2017, 12:35. Yazar: admin |
Hindistanda tikilinin divarının uçması nəticəsində 23 nəfər ölüb, 28 nəfər xəsarət alıb. AİA.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Racastxan ştatının Bharatpur rayonunda toy məclisində qeydə alınıb. İlkin məlumata əsasən, uçquna qəflətən başlayan qum fırtınası səbəb olub. Hadisə nəticəsində 11 kişi, 8 qadın və 4 uşaq ölüb. Xəsarət alan 28 nəfərin vəziyyəti barədə məlumat verilmir. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hadisə yerində xilasedici əməliyyat davam edir. AİA.az Geri dön |