Ana Sayfa > Gündəm > Fuad Poladovdan yeni xəbər var

Fuad Poladovdan yeni xəbər var


10-05-2017, 15:27. Yazar: admin
Fuad Poladovdan yeni xəbər var



Bir müddət əvvəl səs tellərində yaranan problemə görə xəstəxanada müalicə alan Xalq artisti, aktyor Fuad Poladov hazırda özünü yaxşı hiss edir.

Bu barədə AzVision.az-a aktyor özü deyib. F.Poladov bildirib ki, səs telləri tamamilə bərpa olunmasa da, yaxşı olacağına ümid edir.

“Səs tellərimdə hələ də problem var. Ancaq həkimlər deyirlər ki, gələcək üçün ciddi problem qalmayacaq. Düzəlməlidir. Gözləntim yaxşıya doğrudur”.

Qeyd edək ki, xalq artisti bir müddət əvvəl səsə tellərində yaranan problemlə bağlı teatrdakı rollarını ifa etmirdi.

AİA.az
Geri dön