Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Azərbaycanda poliklinika 200 minə satıldı
Azərbaycanda poliklinika 200 minə satıldı10-05-2017, 15:05. Yazar: admin |
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi hərrac keçirib. AİA.Az xəbər verir ki, qurumdan qafqazinfo-ya daxil olan xəbərə görə, hərracda paytaxtın müxtəlif rayonlarında yerləşən, o cümlədən regionlarda yerləşən kiçik dövlət müəssisələri, habelə nəqliyyat vasitələri özəlləşdirilib. Hərrac prosesində ən yüksək qiymətə özəlləşdirilən əmlak Gəncə şəhərində yerləşən Gəncə şəhər 4 saylı Təsərrüfat hesablı poliklinika olub. Qeyd olunan əmlak 212 min 500 manata özəlləşdirilib. Özəlləşdirilən obyektin ümumi faydalı sahəsi 577.8 kv.m-dir. Özəlləşdirilən qeyri yaşayış sahələri paytaxtın Sabunçu rayonunda, habelə regionlarda Gəncə və Şəmkir şəhərində yerləşir. Hərracda özəlləşdirilmiş 3 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. AİA.az Geri dön |