Ana Sayfa > Gündəm > "Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır

"Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır


10-05-2017, 14:40. Yazar: admin
"Baş nazir mən olacağam" - Ermənistan hakimiyyəti parçalanır



Ermənistanın baş naziri Karen Karapetyan 2018-ci ildən sonra da postunda qalmaq fikrindədir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai" radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb.

"2018-ci ildə baş nazir kimi qalmağa və respublika rəhbəri olmağa hazırsınızmı" sualına Karapetyan düşünmədən "Bəli, hazıram" deyə cavab verib.

Xatırladaq ki, Sarkisyanın əsas məqsədi dövlət daxilində aparılan dəyişikliklərdən sonra baş nazir postunu tutmaqla bütün hökümət sistemini ələ keçirməkdir. Karapetyanın bu çıxışından sonra, onunla Sarkisyan arasında çəkişmələrin olacağı gözlənilir.

Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq.

AİA.az
Geri dön