Ana Sayfa > Cəmiyyət / Manşet > Cəbhədə atışma dayanmır, vəziyyət gərgindir

Cəbhədə atışma dayanmır, vəziyyət gərgindir


10-05-2017, 10:06. Yazar: admin
Cəbhədə atışma dayanmır, vəziyyət gərgindir



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (7 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AİA.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Məzəm kəndlərində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şıxlar, Şirvanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

AİA.az
Geri dön