Ana Sayfa > Cəmiyyət > FHN liftdə qalanları xilas etdi

FHN liftdə qalanları xilas etdi


10-05-2017, 10:02. Yazar: admin
FHN liftdə qalanları xilas etdi


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

AİA.az FHN-in saytına istinadən xəbər verir ki, Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar.

Əməliyyat saat 22:03-də başa çatmışdır.

AİA.az
Geri dön