Ana Sayfa > Cəmiyyət / Karusel > Aralıq dənizində 245 qaçqın itkin düşüb

Aralıq dənizində 245 qaçqın itkin düşüb


10-05-2017, 09:55. Yazar: admin
Aralıq dənizində 245 qaçqın itkin düşüb



Aralıq dənizində iki gəminin qəzaya uğraması nəticəsində 245 qaçqın itkin düşüb və ya həlak olub.

AİA.az Report-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı İdarəsinin rəsmi nümayəndəsi Sesil Puyi bildirib.

O, qeyd edib ki, yalnız 50 nəfər xilas edilib. Sesil Puyinin sözlərinə görə, ilin əvvəlindən Aralıq dənizində 1300-dən çox qaçqın Avropaya keçməyə cəhd göstərərkən həlak olub.

Mayın 5-də Aralıq dənizində qaçqınların olduği gəmi batıb. Qəza nəticəsində 82 nəfər itkin düşüb, xilas edilmiş 50 nəfər Siciliyaya çatdırılıb.

Mayın 7-də göyərtəsində isə 170 nəfərin olduğu daha bir gəmi Liviya sahillərində batıb. Nəticədə 163 nəfər itkin düşüb. Yalnız 7 qaçqın xilas edilib.
Geri dön