Ana Sayfa > İdman / Karusel > Çempionlar Liqasının ilk finalçısı məlum olub

Çempionlar Liqasının ilk finalçısı məlum olub


10-05-2017, 09:52. Yazar: admin
Çempionlar Liqasının ilk finalçısı məlum olub



UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.

AİA.az APA-ya istinadən xəbər verir ki, ilk oyun günündə İtaliyanın "Yuventus” klubu öz meydanında Fransa "Monako”sunu qəbul edib.

Ötənhəftə bu komandalar arasında keçirilmiş ilk oyunda turinlilər Knyazlıq təmsilçisinə 2 cavabsız qolla qalib gəlmişdi. İtaliya çempionunun doğma meydanda bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü. Belə də olub. Turin təmsilçisi azarkeşlərinin gözü qarşısında da bu rəqibini məğlub etməklə, Çempionlar Liqasının ilk finalçısı olub. Digər yarımfinal oyununda iki İspaniya klubu – "Real”la "Atletiko” üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

"Yuventus” (İtaliya) – "Monako” (Fransa) - 2:1

Mancukiç, 33; Alveş, 44 - Mbabbe, 69

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 2:0

AİA.az
Geri dön