Ana Sayfa > Parlament > İranda kömür mədənində PARTLAYIŞ: Ölənlərin sayı 43-ə çatdı
İranda kömür mədənində PARTLAYIŞ: Ölənlərin sayı 43-ə çatdı9-05-2017, 14:49. Yazar: admin |
İranın Gülüstan vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. AİA.Az Trend-ə istinadən bildirir ki, bundan əvvəl 35 nəfərin həlak olduğu bildirilirdi. Dağıntılar altından çıxarılmış meyitlər ekspertizaya göndərilib. Qeyd edək ki, vilayətin Azadşəhr şəhərinin yaxınlığındakı kömür mədənində partlayış mayın 3-də baş vermişdi. Həmin vaxt növbə dəyişərkən şaxtada 500 nəfər olub. AİA.az Geri dön |