Ana Sayfa > Dünya > Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?

Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?


9-05-2017, 14:15. Yazar: admin
Hüseyn Dəryanın həyat yoldaşı yenidən ailə qurub?



Azərbaycanın rep sənətinin unudulmaz siması Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova şəxsi həyatından danışıb.

Haqqında ara-sıra çıxan şayiələrə aydınlıq gətirən Sona metbuat.az-a hazırda və yaxın müddətdə evlənmək fikrində olmadığını açıqlayıb. O, bütün fikrini övladının təhsilinə və onun həyatına yönəltdiyini açıqlayıb:

"Mənim xoşum gəlmir ki, şəxsi həyatım haqda danışam. Həyatımda kimsə var və ya yoxdur, bunun kimə dəxli var?! Düzdür, elə bir şey yoxdur. Mən həyatımdan razıyam.

İşim-gücüm var, övladım gözümün qabağındadır və xoşbəxtəm. Ümumiyyətlə, evlənmək haqqında da düşünmürəm. Hazırda belə bir planım da yoxdur".

AİA.az
Geri dön