Ana Sayfa > Gündəm / Karusel > Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat
Xankəndidə parad keçirilir - Azərbaycana qarşı növbəti təxribat9-05-2017, 12:06. Yazar: admin |
Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında növbəti dəfə təxribat xarakteli addım atıb. AzVision.az xəbər verir ki, hazırda Ermənistan silahlı qüvvələri Xankəndidə hərbi parad keçirməyə hazırlaşır. Məlumata görə, təşkil olunan paradda müxtəlif növ silahlar nümayiş olunacaq. Paradın keçirilməsində əsas məqsəd Azərbaycanı qıcıqlandırmaq və təxribata çəkməkdir. Ümumlikdə işğalçıların Azərbaycan torpaqlarında hərbi parad keçirməsini təxribat və danışıqlar prosesində neqativ addım kimi dəyərləndirmək olar. Bu cür destruktiv mövqe Ermənistan tərəfinin konstruktiv danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir. Xatırladaq ki, rəsmi Bakı dəfələrlə bu tipli tədbirlərin təxribat xarakterli olduğunu bildirib AİA.az Geri dön |