Ana Sayfa > Şou-biznes / Karusel > “Google” rekord vergi ödəyəcək

“Google” rekord vergi ödəyəcək


9-05-2017, 11:15. Yazar: admin
“Google” rekord vergi ödəyəcək




ABŞ-ın "Google" şirkəti İtaliyada üzləşdiyi vergi problemi ilə bağlı bu ölkə hökuməti ilə anlaşıb.

"Google" İtaliya vergi təşkilatı - "Agenzia delle Entrate" ilə razılığa gəlib. Buna əsasən "Google" İtaliya dövlətinə 306 milyon avro həcmində vergi ödəməyi qəbul edib. Bu rəqəm 2002-2015-ci illəri əhatə edir və həmin müddətdə ödənmiş vergilərə əlavə olaraq ödənəcək.

"Agenzia delle Entrate"nin direktoru Rosella Orlandi təkcə dövlətin xəzinəsinə daxil olacaq vəsait baxımından deyil, gələcəkdəki faydaları baxımından da mükəmməl nəticə əldə etdiklərini bildirib.

Qeyd edək ki, Milan Prokurorluğu ötən il maliyyə polisinə "Google"un vergi borcları ilə bağlı tədbir görmək barədə təlimat verib.

AİA.az
Geri dön