Ana Sayfa > Media / Karusel > Polis Messinin iranlı oxşarını saxlayıb

Polis Messinin iranlı oxşarını saxlayıb


9-05-2017, 11:12. Yazar: admin
Polis Messinin iranlı oxşarını saxlayıb



İran polisi "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin oxşarı kimi tanınan Rza Parasteşi saxlayıb.
Hadisə Həmədan şəhərində baş verib.

25 yaşlı tələbə ilə şəkil çəkdirmək istəyənlərin sayı olduqca çox olduğundan, polis bunu ictimai asayişin pozulması kimi qiymətləndirib. Polis Messinin oxşarını avtomobili ilə birgə şöbəyə gətirib.

Rza Parasteşi bir neçə ay bundan əvvəl "Barselona” formasındakı şəkilini İnternetdə yerləşdirdikdən sonra dünyada məşhurlaşıb.

AİA.az
Geri dön