Ana Sayfa > Siyasət / Manşet / Karusel > Deputatlar hökumətə 6 gün vaxt verdilər
Deputatlar hökumətə 6 gün vaxt verdilər14-10-2015, 16:23. Yazar: admin |
Qanun layihələrinin müzakirəsi davam etdirilir. Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi başa çatıb. Aia.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 6 gün vaxt verilib. Müzakirələrdən sonra spiker Oqtay Əsədov deyib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyindən əvvəlki illərdən fərqli olaraq hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək: “İnanırıq ki, hökumət oktyabrın 20-nə kimi burada qaldırılan məsələlərə baxa biləcək və oktyabrın 20-də büdcə layihəsi səsverməyə çıxarılacaq”. Qeyd edək ki, büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir. Geri dön |