Ana Sayfa > Gündəm > Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR - FOTO

Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR - FOTO


8-05-2017, 14:33. Yazar: admin
Xaçmazda tapılan kütləvi məzarlıqdan XƏBƏR VAR - FOTO



Xaçmaz rayonunun Muxtadır kəndi yaxınlığında meşəlik ərazidə tapılan kütləvi məzarlığa tarixçi Abdulrəhim Yaqubov baxış keçirib.

AİA.Az xəbər verir ki, o, report-a bildirib ki, ərazidə mütləq arxeoloji qazıntı aparılmalıdır: "Torpağın altında sümüklərin bir hissəsi görünür. Burada yüzlərlə insan sümüyü aşkarlana bilər. Yəqin ki, qumun altında insan skeletləri qalmaqdadır. Ehtimal edilir ki, burada insan qalıqları 1918-ci ildə erməni təcavüzünə məruz qalan dinc sakinlərə aiddir. Əlbəttə, bu ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır".


AİA.az
Geri dön