Ana Sayfa > Gündəm > “Bizim də atom bombamız və pulumuz olsaydı...” –Komitə sədrinin ABŞ səfiri ilə SÖHBƏTİ
“Bizim də atom bombamız və pulumuz olsaydı...” –Komitə sədrinin ABŞ səfiri ilə SÖHBƏTİ8-05-2017, 14:26. Yazar: admin |
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müsəlman ölkələrində cəhalət və savadsızlıq hökm sürdüyünü deyib. "Yeni texnologiyaların kəşfində müsəlman ölkələrin payı 1 faizə bərabərdir. Müsəlman ölkələrində təhsilin səviyyəsi də aşağıdır"-Mübariz Qurbanlı bildirib. (Report) Onun sözlərinə görə, müsəlman ölkələrində əhalinin 50 faizi savadsızdır: "Dubaya gedirik, görürük ki, çox inkişaf edib. Amma Dubay, Səudiyyə Ərəbistanı və digər ölkələrin dərinliyinə gedəndə savadsızlıq və cəhalətin şahidi olursan. Ölkəmiz isə bu cəhətdən inkişaf edib və digər müsəlman ölkələrdən fərqlənir". Dövlət Komitəsinin sədri Azərbaycandakı iqtisadi azadlıqlardan da danışıb: "İqtisadi azadlıq inkişafın rəhnidir. Siz inkişaf etmək istəyirsinizsə onda azadlıq verin. Tez-tez Dövlət Gömrük Komitəsi bizə kitablar göndərir. Biz də rəy veririk. Təbii ki, bu doğru addımdır. Bəzən bizə deyirlər ki, internet əsrində niyə kitabları məhdudlaşdırırsız?! Onsuz da o kitabları internetdə tapa biləcəklər. Biz də deyirik ki, əgər elədirsə gəlin kinoteatrlarda bütün filmləri göstərək. Təbii ki, kinoteatrlarda bütün filmlərin göstərilməsi mümkün deyil. Eyni zamanda bütün kitabları Azərbaycana buraxa bilmərik". M.Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşlərindən biri haqda danışıb, deyib ki, səfir ona dini ədəbiyyatın yayılmasını niyə məhdudlaşdırdıqlarını soruşub. Komitə sədri isə “atom bombasından və puldan” danışıb: "ABŞ səfiri ilə görüşəndə mənə dedi ki, siz kitabları niyə belə məhdudlaşdırırsınız? Bizdə də bəzi qruplar var ki, xristianlığı təhrif edir. Biz onlara sərbəstlik vermişik və nə edirlər etsinlər. Mən isə dedim ki, bizim də sizin kimi atom bombamız və pulumuz olsaydı biz də elə edərdik. Biz yeldöyəndə yerləşirik. Burada həm dini, həm də geopolitik baxımdan toqquşma ola bilər". AİA.az Geri dön |