Ana Sayfa > Şou-biznes / Aia TV > Bill Geytsin gələcəklə bağlı 7 PROQNOZU
Bill Geytsin gələcəklə bağlı 7 PROQNOZU8-05-2017, 14:11. Yazar: admin |
"Microsoft" şirkətinin qurucusu Bill Geyts bir çox proqnozlarının gerçəyə çevrilməsi ilə də məşhurdur. AİA.Az lent.az-a istinadən xəbər verir ki, məhz o, bir neçə il əvvəl smartfonların və sosial şəbəkələrin populyar olacağını anons etmişdi. "Business Insider" nəşri Bill Geytsin gələcəklə bağlı 7 proqnozunu dərc edib. Beləliklə, 75 milyard dollarlıq sərvəti olan dünyanın ən varlı adamlarından biri düşünür ki: 1. 10-15 ildən sonra bioterrorçular süni viruslar yaradacaqlar; 2. 10-15 ildən sonra texnologiyalar Afrikada aclığa qalib gələcək; 3. 2030-cu ildə mobil banklar aztəminatlı ailələrin sayını azaldacaq; 4. 2035-ci ildə yoxsul ölkə, demək olar ki, qalmayacaq; 5. 15 ildən sonra bərpa olunan enerji karbohidrogen energetikasını üstələyəcək; 6. 20 ildən sonra robotlar milyonlarla iş yerini zəbt edəcək; 7. 2019-cu ildə poliomielit (viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabı) xəstəliyinin kökü tamamilə kəsiləcək. AİA.az Geri dön |