Ana Sayfa > Gündəm / Manşet > DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - Fotolar

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - Fotolar


8-05-2017, 12:25. Yazar: admin
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər - Fotolar



Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə “Heydər zirvəsi”nə yürüş ediblər.

DTX-dən bildirilib ki, yürüş iştirakçıları olan əməkdaşları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.



Sonra Bakıdan Heydər Əliyevin adını daşıyan, Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən və hündürlüyü 3751 metr olan “Heydər zirvəsi”nə yürüş başlanıb. Yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam edib, ərazidə düşərgə salınıb.




Qeyri-sabit və qarlı-şaxtalı hava şəraitinə baxmayaraq, yürüş iştirakçıları tam heyətdə mayın 6-da “Heydər zirvəsi”nə qalxaraq, Azərbaycanın Dövlət Bayrağını ucaldıblar.

AİA.az
Geri dön