Ana Sayfa > İdman / Karusel > Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir
Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir8-05-2017, 11:24. Yazar: admin |
Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir. AİA.az-ın məlumatına görə, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək. Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir. Millimizin heyəti: Adı, soyadı Klub Məqsəd İsayev Neftçi Ruslan Abışov Neftçi Rahil Məmmədov Neftçi Fəhmin Muradbəyli Neftçi Mirabdulla Abbasov Sumqayıt Yusif Nəbiyev Sumqayıt Tərlan Əhmədli Sumqayıt Azər Salahlı Sumqayıt Şahrudin Maqomedaliyev Qarabağ Elşən Abdullayev Qarabağ Mahir Mədətov Qarabağ Coşqun Diniyev Qarabağ Ağabala Ramazanov Qarabağ Rəşad Sadiqov Qəbələ Tellur Mütəllimov Qəbələ Elvin Camalov Qəbələ Vüqar Mustafayev Zirə Adil Nağıyev Zirə Sadiq Quliyev Zirə Azad Kərimov Kəpəz Orxan Əliyev Kəpəz Emil Balayev Səbail Elnur Cəfərov Duqopolye (Xorvatiya) GÜNÜN TƏQVİMİ: 10:30 - 12:30 Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş 12:30 - 14:30 Qrup oyunu B1 (Əlcəzair - Türkiyə) 16:30 - 18:30 Qrup oyunu B2 (Fələstin - Oman) 18:30 - 20:30 Qrup oyunu A2 (Azərbaycan - Kamerun) Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq. "Bakı-2017" İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək. AİA.az Geri dön |