Ana Sayfa > İdman > ABŞ-ın Olimpiya çempionu vəfat etdi

ABŞ-ın Olimpiya çempionu vəfat etdi


6-05-2017, 17:34. Yazar: admin
ABŞ-ın Olimpiya çempionu vəfat etdi



Üzgüçülük üzrə 1936-cı il Olimpiya Oyunlarının qalibi olmuş amerikalı Adolf Kifer 98 yaşında vəfat edib.

AİA.Az report.az-a istinadən bildirir ki, o, ABŞ-da anadan olmuş ən yaşlı Olimpiya çempionu idi.
Sabiq idmançı 99 yaşının tamam olmasına 1 ay qalmış İllinoys ştatındakı evində keçinib.

Qeyd edək ki, Çikaqoda dünyaya gəlmiş A.Kifer Berlində keçirilən Oyunlarda 100 metr məsafəyə arxası üzrə üzməkdə qalib gəlib. O, finalda 1 dəqiqə 5,9 saniyəlik nəticə göstərərək olimpiya rekordçusu olub və bu rekord 20 il davam edib. A.Kifer qızıl medalı 18 yaşında qazanıb.

AİA.az
Geri dön