Ana Sayfa > Gündəm > Prokurorluq əməkdaşları ağac əkdilər
Prokurorluq əməkdaşları ağac əkdilər6-05-2017, 17:01. Yazar: admin |
Mayın 6-da Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılmışdır. Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval- ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir. Müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prokurorlugu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirmişdir. Tədbir çərçivəsində Suraxanı rayonu ərazisində Hövsan qəsəbəsinin yaxınlıgında 2 hektar ərazidə 2 mindən artıq zeytun, Eldar şamı ağacları əkilmişdir. Abşeron yarımadasının iqliminə uyğun olaraq seçilən agacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. AİA.az Geri dön |