Ana Sayfa > Cəmiyyət > Sabirabadda avtomobil yol kənarı ilə irəliləyən piyadanı vurub

Sabirabadda avtomobil yol kənarı ilə irəliləyən piyadanı vurub


6-05-2017, 14:25. Yazar: admin
Sabirabadda avtomobil yol kənarı ilə irəliləyən piyadanı vurub



Sabirabadda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında rayonun Ulacalı kəndində qeydə alınıb.Belə ki, kənd sakini, 23 yaşlı Səid Arzu oğlu Hüseynov yolun kənarı ilə gedərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada avtomobilin sürücüsü tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön