Ana Sayfa > Siyasət > Dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb


6-05-2017, 14:23. Yazar: admin
Dörd ölkə Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb



Avropa İttifaqının ardınca daha dörd ölkə Ukrayna və Rusiya vətəndaşlarına qarşı fərdi sanksiyalar müddətini 6 ay uzadıblar.

AİA.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda İttifaqın diplomatiyasının başçısı Federika Mogerininin bəyanatında deyilir.

Bəyanatda deyilir: "Aİ-yə namizəd ölkələr Çernoqoriya və Albaniya, həmçinin Norveç və Ukrayna Avropa İttifaqı Şurasının qərarına qoşulub. Avropa birliyi bu qərarı nəzərə alır və onu alqışlayır".

AİA.az
Geri dön