Ana Sayfa > Gündəm / Karusel > Bakıda avtomobillərin sayı 50 min azalacaq
Bakıda avtomobillərin sayı 50 min azalacaq6-05-2017, 14:17. Yazar: admin |
Bu gündən etibarən paytaxtın şimal və cənub girişlərindən rayon qeydiyyatında olan avtomobillərin girişinə olan qadağaya nəzarət daha da gücləndirilir. AİA.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu məqsədlə yol polisi gücləndirilmiş rejimdə işləyir. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev rayon qeydiyyatı olan avtomobillərin paytaxta buraxılmaması ilə bağlı son vəziyyəti açıqlayıb. Bu üsulla paytaxdakı avtomobil sayının günlük ən azı 50 min azalacağı gözlənilir. Kamran Əliyev Bakıda avtomobillə çox vacib işi olan rayon sakinlərinin problemlərini həll etmək üçün də kifayət qədər şəraitin yaradıldığını bildirib. Rayon qeydiyyatında olan avtomobillərə gündüz vaxtı şəhər daxilində rast gəlinərsə, onlar paytaxdan çıxarılacaq. Bu zaman sürücülərə cərimə protokolu yazılmayacaq. Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın sarı zolaq çəkilən küçələrində yerləşən iş yeri sahiblərinə və həmin ərazidə avtomobillərini park edən sürücülərə də müraciət ünvanlayıb. Zolaqların birində hərəkət məhdudlaşdırıldığı üçün bu ərazilərdə avtomobil park edənlərin maşınlarını ya binaların həyətində saxlamaları, ya da işə ictimai nəqliyyatla gəlmələri tövsiyə olunub. AİA.az Geri dön |