Ana Sayfa > Gündəm / Manşet > İlham Əliyev Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Ruhaniyə başsağlığı verdi


5-05-2017, 10:08. Yazar: admin
İlham Əliyev Ruhaniyə başsağlığı verdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.
Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

AİA.az
Geri dön