Ana Sayfa > Şou-biznes / Aia TV > “Facebook” istifadəçilərinin sayı açıqlandı
“Facebook” istifadəçilərinin sayı açıqlandı4-05-2017, 15:13. Yazar: admin |
"Facebook” istifadəçilərinin sayı 1,94 milyarda çatıb, 1,28 milyarda yaxın adam hər gün bu sosial şəbəkədə ünsiyyət qurur. Adalet.az Life-a istinadən xəbər verir ki, müvafiq məlumat 2017-ci ilin birinci rübündə şirkətin əldə etdiyi gəlirlərə dair hesabatda dərc edilib. Məlumata görə, bu rəqəm keçən ilki göstəricilərdən 18 faiz artıqdır. "2017-ci ildə çox gözəl başlanğıc oldu. Biz güclü dünya icmasını dəstəkləyən alətlərin üzərində işi davam etdiririk”, - bunu "Facebook"” şirkətinin rəhbəri Mark Zukerberq bəyan edib. Həmçinin hesabatdan bir istifadəçinin 2016-cı ilin birinci rübündə gətirdiyi gəlirin 3,32 dollardan 4,23 dollara qədər artdığı məlum olur. KİV-in məlumatına görə, bu gün yer kürəsi əhalisinin təxminən 27 faizi "Facebook”dan istifadə edir. AİA.az Geri dön |