Ana Sayfa > Gündəm > "Azərenerji" vergi borclarını ödəmək üçün 360 mln. manat kredit götürür
"Azərenerji" vergi borclarını ödəmək üçün 360 mln. manat kredit götürür4-05-2017, 15:04. Yazar: admin |
"Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin kredit reytinqini açıqlayıb. AİA.Az APA-ya istinadən xəbər verir ki, emitentin uzunmüddətli defolt reytinqi (IDR) "BB+", qısamüddətli IDR isə "B" səviyyəsində təsdiqlənib. Reytinqlər üzrə proqnozlar neqativdir. Bildirilir ki, reytinqin bu səviyyədə təsdiqlənməsinin əsas səbəbi ASC-nin hökumətlə sıx strateji və əməliyyat əlaqələrinin mövcud olmasıdır. 2015-ci ilin sonuna dövlət şirkətinin borclarının 91%-nə Maliyyə Nazirliyi tərəfindən zəmanət verilib. Proqnozun neqativ olması isə ölkənin suveren reytinqi üzrə proqnoza adekvatdır. "Şirkət Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir. "Azərenerji"nin dayanıqsız avtonom profilini nəzərə alaraq demək olar ki, ASC yeni istənilən, o cümlədən planlaşdırılmayan borclanma üçün dövlət zəmanəti alacaq. Bu zəmanət dövlət borcunun strukturuna daxildir. Azərbaycan hökuməti isə öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət qədər vəsaitə malikdir", - deyə məlumatda vurğulanıb. Agentliyin mütəxəssisləri qeyd edir ki, 2016-2018-ci illərdə şirkətin öhdəliklərinin həcmi stabil səviyyədə qorunacaq. "Fitch" hökumətlə "Azərenerji" mövcud olan hüquqi bağlılıqda heç bir dəyişiklik gözləmir: "Yaxın perspektivdə "Azərenerji"nin özəlləşdirilməsi ilə bağlı hökumətin heç bir planı yoxdur. Hökumət 2009-2015-ci illərdə ASC-nin kapitalına mərhələli şəkildə 970 mln. manat məbləğində yatırım edib. Yatırımın 47%-i investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlib. Biz dövlət büdcəsi hesabına investisiya layihələrinin maliyyələşdirilməsinin davam edəcəyini proqnozlaşdırırıq. Bundan başqa, 2011-ci ildə imzalanan fərmana əsasən, şirkətin kapitalına 172 mln. dollar və 204 mln. avro məbləğində yatırım ediləcək ki, bu vəsait xarici öhdəliklərin yerinə yetirilməsinə yönələcək". "Fitch" bildirir ki, "Azərenerji"nin SOCAR qarşısında olan vaxtı keçmiş öhdəliyinin yerinə yetirilməsi üçün dövlət zəruri dəstəyini verəcək. Bununla yanaşı, hökumət "Azərenerji"yə 360 mln. manat məbləğində aşağı faizli kredit ayıracaq ki, bu vəsait vergi ödənişlərinə yönələcək. AİA.az Geri dön |