Ana Sayfa > Cəmiyyət > Valideyinləri sevdiyi oğlanı həbs etdirdi: qız dözməyib özünü öldürdü - LERİKDƏ

Valideyinləri sevdiyi oğlanı həbs etdirdi: qız dözməyib özünü öldürdü - LERİKDƏ


4-05-2017, 13:43. Yazar: admin
Valideyinləri sevdiyi oğlanı həbs etdirdi: qız dözməyib özünü öldürdü - LERİKDƏ



Lerik rayonunda intihar hadisəsi baş verib.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kuman kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanova Gültamam Ağahəsən qızı yaşadığı evdə özünü zəhərləyərək intihar edib.

G.Qurbanovanın yaxınlarının sayta verdiyi məlumatda bildirilib ki, bu ilin martın 20-də o, rayonun Şinqədulan kənd sakini olan oğlanla qaçıb. Onlar Bakının Binə qəsəbəsinə gediblər. Ailə üzvləri isə bu münasibətə qarşı çıxıblar. Buna görə də məsələ ilə bağlı polisə müraciət olunub. Polis həmin oğlanı saxlayıb. Qız da bu hadisəyə görə intihar edib.

Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön