Ana Sayfa > Gündəm / Manşet > Xədicə İsmayılın yalanları əl-Cəzirədə ifşa olundu
Xədicə İsmayılın yalanları əl-Cəzirədə ifşa olundu4-05-2017, 13:23. Yazar: admin |
3 May Dünya Mətbuat Azadlığı günündə məşhur əl-Cəzirə TV-nin ingilisdilli saytı əvvəlcə jurnalist Xədicə İsmayılın, ardınca jurnalist Azər Həsrətin məqalələrini dərc edib. Sayt məqalələri iki fərqli mövqe kimi təqdim edib. Xədicə İsmayılın "Araşdırma jurnalistikasının artan önəmi" adlı məqaləsində Azərbaycan hökumətini tənqid edilib. Azər Həsrət "Dövlət maraqları ifadə azadlığını sıxışdırırmı?" başlıqlı geniş yazıda X.İsmayılın yalanlarına tutarlı faktlarla cavab verilib. Bundan sonra X.İsmayılın erməni dostları sosial şəbəkələrdə jurnalist Azər Həsrəti aşağılayan statuslar yazmağa başlayıblar. Azər Həsrət bununla bağlı AzVision.az-a açıqlamasında məlum hadisələrdən təəccüblənmədiyini deyib. “Təəccüblənmədim. Çünki, Xədicənin yazılarını ermənilər göydə qapıb həvəslə tirajlayırlar. Bu da səbəbsiz deyil. Çünki, o yazılar bir qayda olaraq Azərbaycana qarşı olduğu üçün ermənilərin işinə yarayır. Amma çox zaman bizim həmin yazılara reaksiya verməməyimiz Xədicəni və onun fanatı olan erməniləri həvəsləndirir. Bu dəfə isə biz imkanlarımızdan istifadə edib, onun əl-Cəzirədə yayımladığı yalanlara tutarlı faktlarla cavab verdik. Bunu həzm edə bilməyən Xədicənin bir işarəsilə ermənilər dərhal hərəkətə keçdilər. Yazı dərc ediləndən yarım saat sonra bu erməni çetesi məni aşağılayan paylaşımlar edir”. A.Həsrət vurğulayıb ki, bu olay X.İsmayılın ermənilərlə işbirliyi içində olmasını faş edib: “Anlaşılan, bu yazı onları o qədər qəzəbləndirib ki, artıq dözə bilməyib açıq işbirliyi içində olduqlarını faş ediblər. Necə deyərlər, su axar, çuxurunu tapar”. AİA.az Geri dön |