Ana Sayfa > Cəmiyyət / Karusel > Cəlilabadda mikroavtobus yanıb: 10 nəfər yaralanıb

Cəlilabadda mikroavtobus yanıb: 10 nəfər yaralanıb


4-05-2017, 12:51. Yazar: admin
Cəlilabadda mikroavtobus yanıb: 10 nəfər yaralanıb



Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb. Hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.Mikroavtobusun içərisində olan 10 sərnişin yanıq xəsarətləri alıb.



10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır: Nəzrin İntiqam qızı Qəhrəmanova, Günəş Mahmudlu, Ülfət Mahmudlu, Xuraman Zakir qızı Abışova, Tünzalə Hüseynağa qızı Fərəcova, Könül Mirzəyeva, Mələk Fəxrəddin qızı Rəhimova, Rəvanə Elşad qızı Abbasova və Elnarə Malik qızı Əhmədovadır. (Report)


AİA.az
Geri dön