Ana Sayfa > Gündəm / Manşet / Karusel > Nazirlə savaşan xanım yenidən deputat olacaqmı?

Nazirlə savaşan xanım yenidən deputat olacaqmı?


14-10-2015, 13:05. Yazar: admin
Nazirlə savaşan xanım yenidən deputat olacaqmı?


Milli Məclisin keçmiş üzvü Lalə Abbasova yenidən deputat olmaq istəyir

Aia.az Yenicag.az-a istinadən xəbər verir ki, Lalə xanım 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsi üzrə namizəddir.

Qadın Və Tərəqqi İctimai Birliyinin sədri olaraq, fəaliyyətini davam etdirən eks deputatın əsas rəqibi YAP-ın namizədi Eldəniz Səlimovdur.

Namizədliyi elan olunmamışdan bir gün öncə Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətlərinə görə, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülən Eldəniz Səlimov Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsidir.

İcra başçısı Şəmsəddin Xanbabayevin əsas adamlarından olan Eldəniz Səlimovun yoxsa Lalə Abbasovanın üzərində dayanılacağı sual altındadır. Belə ki, L.Abbasova üçüncü çağırış Milli Məclisdə nazirlərin belə qarşısından çəkilməyəcək cəsarəti sərgiləyib. Onun daxili işlər naziri Ramil Usubovla qarşıdurması və geri addım atmaması hələ də yaddan çıxmayıb.

Ramil Usubova “dəvədən böyük fil var” deyən Lalə Abbasova hadisəni belə nəql etmişdi:

“Xaçmazda bir seçicim problemlə üzləşmişdi. Mən rayon polis şöbəsinin rəisinə zəng edərək həmin qadına kömək etmələrini xahiş etdim. Polis rəisi isə əvəzində mənimlə çox kobud davrandı. Daxili işlər naziri ilə görüşüb işçisinin hərəkətinə etirazımı bildirdim. Nazir Ramil Usubov isə əvəzində “mənim işçim elə söz deyə bilməz” cavabını verdi. Mən də nazirdən “bəs mən yalan danışıram?” deyə, soruşdum. O da “sən müxalifətsən” dedi. Belə mübahisəmiz yarandı. Mənə “gedə bilərsiniz” deyəndə ona “dəvədən böyük fil var” məsəlini xatırladıb qapıdan çıxdım”.

Eldəniz Səlimovun isə Lalə Abbasovadan fərqli olaraq, icra başçısının qara işlərinin icraçısı olduğu söylənilir.
Geri dön