Ana Sayfa > İdman > Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək


3-05-2017, 12:24. Yazar: admin
Bu gün Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək


Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.

AİA.az-ın məlumatına görə, Fransa təmsilçisi "Monako” ilə İtaliyanın "Yuventus” klubunun ilk dueli Fransada baş tutacaq.
Bu kollektivlər daha öncə iki dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Turin komandası 1997/98 mövsümündə yarımfinalda, 2014/15 mövsümündə isə 1/4 finalda knyazlıq klubunu mübarizədən kənarlaşdırıb.
"Yuventus” indiyə qədər ÇL-də 11, "Monako” isə 3 dəfə yarımfinal matçları oynayıb. İtaliyanlar 8 dəfə finala vəsiqə qazandıqları halda, fransızlar yalnız 1 dəfə buna müvəffəq olublar.
22:45. "Monako” (Fransa) – "Yuventus” (İtaliya)
Baş hakim: Antonio Mateu Laos (İspaniya)
Monako. II Lui stadionu

AİA.az
Geri dön