Ana Sayfa > Gündəm > Prezidentin mükafatlandırdığı məşhurlar: "Gözləmirdim, ağlıma da gəlməzdi..."

Prezidentin mükafatlandırdığı məşhurlar: "Gözləmirdim, ağlıma da gəlməzdi..."


2-05-2017, 15:45. Yazar: admin
Prezidentin mükafatlandırdığı məşhurlar: "Gözləmirdim, ağlıma da gəlməzdi..."



Ötən gün prezident İlham Əliyev bir qrup incəsənət xadimini təltif edib. Onlar arasında tanınmış şəxslər də var.

Ölkə başçısının sərəncamı ilə xalq artisti, xanəndə Mənsum İbrahimov prezidentin fərdi təqaüdünə layiq görülüb.

Xanəndə AzVision.az-a bildirib ki, prezidentin sərəncamı onun üçün sürpriz olub.

“Neçə il idi ki, prezident mükafatı alırdım. Əməyimizə qiymət verilirdi. Sağ olsunlar ki, mədəniyyət işçilərini diqqətdən kənarda qoymurlar. Təqaüdlə bağlı xəbəri sənət dostum Elnur Əhmədov zəng edib dedi. Həmin vaxt müsabiqəyə gedirdim, yolda idim. Mənim üçün gözlənilməz oldu. Hər dəfə təltif olunanda, mükafatlandırılanda elə bilirəm ki, böyük bir yük götürürüəm. Böyük bir məsuliyyətin altına girirəm . Çalışıram ki, sənətimlə bu məsuliyyətin öhdəsindən gəlim. Nə qədər ömrüm var sənətimin, muğamın inkişafına həsr edəcəyəm”.

Aktrisa Nəsibə Eldarova üçün prezident mükafatı almaq sözün əsl mənasında gözlənilməz olub.

“Mənim üçün çox gözlənilməz, göydən düşmə kimi oldu. Ağlıma gəlzməzdi ki, belə şey olacaq. Heç xəbərim yox idi. Serial çəklişində idim”.

Eyni mükafata layiq görülən Xalq artisti, baletmeyster Rüfət Xəlilzadə onun sənətinə verilən dəyərə görə, ölkə başçısına təşəkkür edib.

Xalq artisti Akif İslamzadə: “Bir il bundan öncə mükafat almışdım. Sözün açığı, bu il gözləmirdim. Sağ olsunlar, məni unutmayıblar. Allah razı olsun”.

AİA.az
Geri dön