Ana Sayfa > Parlament / Karusel > Rusiya ilə sərhəddə silahlı insident olub
Rusiya ilə sərhəddə silahlı insident olub2-05-2017, 14:44. Yazar: admin |
![]() Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib. Qusar rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib. Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır. AİA.az Geri dön |