Ana Sayfa > Siyasət > Azay Quliyevdən AŞPA-ya sərt etiraz

Azay Quliyevdən AŞPA-ya sərt etiraz


2-05-2017, 13:18. Yazar: admin
Azay Quliyevdən AŞPA-ya sərt etiraz



“AŞPA-nın Türkiyəni yenidən monitorinq altına qaytarmaq haqda qərarı selektiv yanaşmanın açıq təzahürüdür və ciddi əsasa söykənmir”. AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, deputat Azay Quliyev AŞPA-nın Türkiyə ilə bağlı qərarının müzakirəsi zamanı deyib.

Deputat diqqətə çatdırıb ki, ötən ilin 15 iyulunda Türkiyədə baş verən hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər: “Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı”.

Milli Məclisin üzvü AŞPA-nın Türkiyəyə qarşı belə qərar verməsini tənqid edib: “Baxın, görün bunların arqumenti nədən ibarətdir. Deyirlər ki, Türkiyə hökuməti FETÖ-çüləri niyə işdən çıxardır? Bildirirlər ki, fövqəladə vəziyyət zamanı Türkiyə referendum keçirir. Deyirlər ki, PKK-nın siyasi qanadı niyə həbsdədir? Türkiyənin yerində hər hansı bir dövlət, məsələn Fransa olsaydı, dövlət əleyhinə fəaliyyət göstərən FETÖ-çülər haqda hansı qərarlar qəbul edərdilər? Fransada fövqəladə vəziyyət zamanı prezident seçkiləri keçirilir. Niyə bəs Fransa ilə bağlı bu cür addımlar atılmır? Demək ki, Fransaya istənilən hərəkət olar, Türkiyəyə yox?! AŞPA-nın verdiyi qərarın başqa yozumu yoxdur. Sanki 15 iyulda dövlət çevrilişinə edilmiş uğursuz cəhdin qisasını Türkiyədən alırlar. Sanki 16 aprel referendumunda Türkiyə xalqının “evet” deməsinin heyfini çıxırlar. Bu cür qərarların başqa bir şərhi yoxdur. AŞPA bu qərara yenidən baxmalıdır. ATƏT PA-da Türkiyə ilə bağlı müzakirələr olmuşdu, amma AŞPA-dan fərqli olaraq, burada müsbət qərar qəbul edildi. ATƏT PA dialoq imkanlarını qapatmadı”.

AİA.az
Geri dön