Ana Sayfa > Gündəm / Manşet > Azərbaycan-Türkiyə birgə təlimləri davam edir
Azərbaycan-Türkiyə birgə təlimləri davam edir2-05-2017, 12:38. Yazar: admin |
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir. Mayın 1-dən başlayan hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərini KİV nümayəndələri izləyiblər. Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Birgə təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və Zenit-raket bölmələri iştirak edir. Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların və taktiki hava desantının tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzusunda tapşırırlar yerinə yetirilir.Təlimlər mayın 5-dək davam edəcək. AİA.az Geri dön |