Ana Sayfa > İdman > Nazir: "İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq"
Nazir: "İslam Həmrəyliyi Oyunlarında təhlükəsizlik ən yüksək səviyyədə təmin olunacaq"1-05-2017, 15:50. Yazar: admin |
"IV İslam Həmrəyliyi Oyunları 20 idman yarışı üzrə 17 idman arenasında keçiriləcək. Nəzərdə tutulan bütün idman obyektləri artıq yarışa hazırdır". AİA.Az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəyliyi Oyunları münasibətilə keçirilən "Gücümüz həmrəylikdədir" konfransında çıxış edərkən deyib. Nazir qeyd edib ki, oyunlarda 57 ölkənin 3000-dək idmançısı 20 idman növündə mübarizə aparacaq: "57 ölkənin hamısı artıq öz təsdiqini verib. Oyunlarda idmançılardan başqa, 1000-dən çox komanda rəsmisi, 1000-dən çox texniki nümayəndə iştirak edəcək". A.Rəhimov qeyd edib ki, yarış zamanı qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə ən yüksək səviyyədə təmin olunacaq. Nazirin sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə keçiriləcək: "Ölkəmizdə idmanın inkişafı ən yüksək səviyyədədir. Biz dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. Biz inanırıq ki, bu tədbirin də ən yüksək səviyyədə keçirilməsi etimadını doğruldacağıq". AİA.az Geri dön |