Ana Sayfa > Cəmiyyət / Karusel > Azərbaycanda toyda dava düşdü: xəsarət alan var

Azərbaycanda toyda dava düşdü: xəsarət alan var


1-05-2017, 15:16. Yazar: admin
Azərbaycanda toyda dava düşdü: xəsarət alan var



Hacıqabulda toyda baş verən kütləvi davada 1 nəfər xəsarət alıb.

AİA.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Udulu kəndində qeydə alınıb.

Udulu kəndində toy mərasimində iştirak edən Tağılı kənd sakini, 29 yaşlı Nemət Soltanağa oğlu Soltanov dava zamanı ağır kəllə-beyin travması alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön