Ana Sayfa > Cəmiyyət / Karusel > Şəkidə yeznə qaynını qətlə yetirib

Şəkidə yeznə qaynını qətlə yetirib


1-05-2017, 10:16. Yazar: admin
Şəkidə yeznə qaynını qətlə yetirib



Şəkidə yeznə odlu silahla qaynını qətlə yetirib.


AİA.az APA-ya istinadən xəbər verir ki, aprelin 30-u axşam saatlarında rayonun Fazıl meşəlik ərazisində üzərində güllə yarası olan kişi meyiti tapılıb. Ölən şəxsin İbrahimkənd kənd sakini, 1959-cu il təvəllüdlü Tofiq Məhyəddin oğlu Səfərov olduğu müəyyənləşib.

Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 1960-cı il təvəllüdlü Vidadi Süphan oğlu Əliyev ov tüfəngi ilə qətlə yetirib. Vidadi Əliyev tutulub, qətldə istifadə edilən ov tüfəngi ondan götürülüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Aİa.az
Geri dön