Ana Sayfa > Gündəm > QHT-lərə şad XƏBƏR - Rüfət Aslanlı ilə razılıq əldə olundu
QHT-lərə şad XƏBƏR - Rüfət Aslanlı ilə razılıq əldə olundu29-04-2017, 17:51. Yazar: admin |
“Hörmətli QHT rəhbərləri ! Prezident yanında QHT -lərə Dövlət Dəstəyi Şurası tərəfindən qrant vəsaiti olaraq Sizə ayrılmış 15 min manatadək olan vəsaitləri gələn həftədən etibarən nağd şəkildə banklardan götürə biləcəksiniz və layihələrinizin icrasına başlaya bilərsiniz”. Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov açıqlama yayıb. Bununla bağlı daha ətraflı şəkildə KİV -ə məlumat veriləcək. Qeyd edək ki, bu gün QHT-lərə Dövlət Dəstəyi Şurasında Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, media rəhbərlərinin və QHT sədrlərinin iştirakı ilə görüşü keçirilib. Görüşdə son zamanlar QHT-lərin hesablarına daxil olan vesaitlərdən nəğd istifadə sahəsində yaranmış problemlərin muzakirəsi aparılıb. AİA.az Geri dön |