Ana Sayfa > Şou-biznes / Manşet > Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO

Soçidə fövqəladə vəziyyət elan edilib - FOTO


26-06-2015, 10:02. Yazar: admin

Xilasetmə əməliyyatları keçirilir.

Soçi şəhərinin Adler və Xostinski rayonlarında leysan yağışların yaratdığı daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edilib.

Aia.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət Soçinin meri Anatoli Paxomovun göstərişi əsasında tətbiq edilib. Sakinlərə şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub.

“Adler və Xostinski rayonlarında xilasetmə əməliyyatları keçirilir. FHN-in texnikası və canlı qüvvəsi Kudepsta, Mirnıy, Verxneye Blinovo, Kepşa, Çaysovxoz qəsəbələrində təbii fəlakətin fəsadlarının aradan qaldırır”, deyə yerli KİV-lər qeyd edir. .

İlkin məlumata görə, fövqəladə vəziyyət iyunun 26-dək davam edəcək.

Qeyd edək ki, daşqın nəticəsində şəhərin küçələrində nəqliyyatın hərəkəti məhdudlaşıb. Elektrik enerjisinin və içməli suyunun verilişində məhdudiyyətlər yaranıb. Hava əlaqəsi də müvəqqəti dayandırılıb.


















Geri dön