Ana Sayfa > Gündəm > Əjdər Həmidov xəstəxanaya yerləşdirildi
Əjdər Həmidov xəstəxanaya yerləşdirildi28-04-2017, 16:30. Yazar: admin |
Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşərək 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. AİA.Az bildirir ki, Teleqraf.com-un əməkdaşı əməkdar artistlə əlaqə saxlayıb: "Axşam saat 2 radələrində özümü pis his etdim və təcili yardım vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacam. İnsult keçirməmişəm". Aktyor xəstəliyinin işiylə bağlı olmadığını deyib: "İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam". AİA.az Geri dön |