Ana Sayfa > Karusel / Gündəm > Avropa Milli Cəmiyyətlərinin rəhbərləri IFRC-nin 2026-cı il Nizamnamə
Avropa Milli Cəmiyyətlərinin rəhbərləri IFRC-nin 2026-cı il NizamnaməBu gün, 16:54. Yazar: vasif |
![]() 29 noyabr 2026-cı il, Cenevrə, İsveçrə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 2026-cı il Nizamnamə iclasları ilə bağlı görüşlər başlayıb. Onlar Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Baş Assambleyasından və Nümayəndələr Şurasından əvvəl təşkil olunmuşdur. Avropa Milli Cəmiyyətlərinin Regional Rəhbərlik Görüşü də bu tədbirlər sırasındadır. Görüş zamanı fürsətdən istifadə edərək bundan öncə Gürcüstanda və Monakada təşkil edilmiş görüşlərə istinad olundu. Bu və digər görüşlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətini Milli Cəmiyyətin prezidenti Dr. Novruz Aslanov (heyətin rəhbəri), İcraçı katibin müavini Şaban Şayev və [vəzifəsi] Səbinə Məhbubi-İran təmsil etmişlər. Diqqət mərkəzində 2027-ci il Avropa Regional Konfransı Regional Rəhbərlik Görüşü 2027-ci ildə keçiriləcək Avropa Regional Konfransına həsr olunub. Müzakirə edilən məsələlər arasında Nizamnamə iclasları da olub. Eyni zamanda görüş zamanı və konfrans qabağı iştirakçılara prioritetdə olan mövzuların seçilməsi üçün səsvermə qaydası ilə seçim etməyə imkan yaradılmışdır. Maraq doğuran əsas mövzular sırasına könüllülüyün inkişafı, icmalarla iş, fondların cəlb edilməsi və süni intellektin tətbiqi daxil edilmişdir. Konfransın formatına gəldikdə isə plenar sessiyaların ayrı-ayrı görüşlər və yan tədbirlərlə paralel şəkildə təşkili iştirakçılar tərəfindən daha yüksək qiymətləndirilmişdir. Baş Assambleya və Nümayəndələr Şurası IFRC Baş Assambleyasının 25-ci sessiyası 2026-cı il noyabrın 30-dan dekabrın 2-dək Cenevrədə “Humanizmdə birləşən gələcək” mövzusu altında keçiriləcək. Baş Assambleya IFRC-nin ali qərarverici orqanıdır. Üzvlər 2026–2030-cu illər üçün IFRC Prezidentini, vitse-prezidentləri və İdarə Heyətinə üzv olacaq Milli Cəmiyyətləri seçəcəklər. Onlar həmçinin 2027–2028-ci illər üçün Plan və Büdcəni nəzərdən keçirəcəklər. Gündəliyə humanitar fəaliyyətə cəlb olunmuş şəxslərin mühafizəsi, zərərli informasiya ilə mübarizə və süni intellektdən məsuliyyətli istifadə məsələləri daxildir. Könüllülük, dayanıqlı maliyyələşdirmə və IFRC-də idarəetmənin gələcəyi də müzakirə ediləcək. Daha sonra, dekabrın 3–4-də Cenevrədə Nümayəndələr Şurası keçiriləcək. Şura müzakirələri bütün Hərəkat səviyyəsinə çıxarır. Onun “Bu günün çağırışlarına cavab: Gələcəyin Hərəkatını formalaşdırmaq” adlı komissiyası kollektiv hazırlıq, beynəlxalq humanitar hüquq, əməkdaşların və könüllülərin təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Geri dön |