Ana Sayfa > Parlament / Aia TV / Karusel > Novxanıda adam öldürən qız: Kimsə mənim var-yoxumu söysəydi... – VİDEO

Novxanıda adam öldürən qız: Kimsə mənim var-yoxumu söysəydi... – VİDEO


13-10-2015, 15:01. Yazar: admin







“Dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm”.

Bakıda 20 yaşlı qadın 31 yaşlı şəhər sakinini bıçaqlayaraq öldürüb.

Aia.az Region TV-yə istinadən xəbər verir ki, hadisə Novxanı qəsəbəsi ərazisindəki kafelərdən birində qeydə alınıb.

Xaçmaz rayon sakini Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 31 yaşlı Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq şah damarı kəsilən Anar Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən Səringül Ramazanova Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Törətdiyi cinayət əməlini etiraf edən Ramazanova mərhumun ona qarşı nalayiq sözlər işlətdiyini bildirib. Səringül Ramazanova əməlinə görə peşman olmadığını bildirib.

Səringül Ramazanova - saxlanılan şəxs:

"Məni təhqir etdi, dedim ki, Anar, o söyüşünü sənə yedizdirəcəyəm. Sona məni sillələməyə başladı. Bu, mənə lap pis təsir etdi, bıçağı götürüb üstünə yeridim. Bıçağı qarnına soxmaq istəyəndə, obyektin sahibi gəldi. Əlimi geriyə çəkəndə oğlanın boğazı kəsildi. Mənim nəslimi söydü, peşiman deyiləm. Özümü təqsirli sayıram, amma peşimançılıq çəkmirəm. Başqası olsaydı da eyni şeyi edərdim. Ailəmdən biri də mənim var-yoxumu söysəydi, onu da yaşatmazdım".

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.




Geri dön