Ana Sayfa > Ölkə > Noyabrın son günü hava necə olacaq? - Proqnoz

Noyabrın son günü hava necə olacaq? - Proqnoz


Bu gün, 13:16. Yazar: vasif
Noyabrın son günü hava necə olacaq? - Proqnoz


Bakıda və Abşeron yarımadasının bəzi yerlərinə noyabrın 30-da arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° isti, gündüz 9-12° isti, dağlarda gecə 2-5° şaxta, gündüz 0-2° şaxta olacaq.
Geri dön