Ana Sayfa > Dünya > Molla Bəşir GÜLLƏLƏNDİ - SEPAH-la ƏLAQƏSİ VARMIŞ
Molla Bəşir GÜLLƏLƏNDİ - SEPAH-la ƏLAQƏSİ VARMIŞBu gün, 21:16. Yazar: vasif |
![]() Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətindən olan tanınmış sünni din xadimi Molla Bəşir adı ilə tanınan Bəşir Salahzehi sui-qəsd nəticəsində həyatını itirib. aia.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, o, həmin əyalətin Sərbaz şəhərində naməlum silahlı şəxslər tərəfindən güllələnib və aldığı yaralardan hadisə yerindəcə keçinib. Hüquq müdafiə nəşri “Haalvsh”ın məlumatına görə, silahlı hücum saat 14:00 radələrində Mələk-Abad və Şişkan yaşayış məntəqələri arasındakı yolda törədilib. Nəşrin mənbələrinin bildirdiyinə görə, Salahzehi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olub, yerli komandirlərdən biri kimi tanınıb. Qeyd edək ki, İranın Pakistan və Əfqanıstanla həmsərhəd olan və əsasən sünni məzhəbli bəluçların məskunlaşdığı Sistan və Bəluçistan əyalətində vaxtaşırı silahlı insidentlər və din xadimlərinə qarşı sui-qəsdlər qeydə alınır. İndiyədək heç bir silahlı qruplaşma bu insidentə görə məsuliyyəti öz üzərinə götürməyib. Geri dön |