Ana Sayfa > İdman > Turan Tovuz" - "Kəpəz" matçında 3 qol vuruldu
Turan Tovuz" - "Kəpəz" matçında 3 qol vurulduBu gün, 19:00. Yazar: vasif |
![]() "Turan Tovuz" Misli Premyer Liqasının XIII turunda qələbə qazanıb. aia.az xəbər verir ki, komanda Qərb derbisində "Kəpəz"lə üz-üzə gəlib. Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. 72-ci dəqiqədə Hayderson Hurtado, 90+1-ci dəqiqədə Joarlem Santos fərqləniblər. Qonaqlardan Şakir Seyidov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Turan Tovuz" hələlik ikinci pillədə qərarlaşıb. Gəncə klubu 18 xalla altıncıdır. Günün ikinci görüşündə "Sabah" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Xatırladaq ki, ötən gün "Şəfa" səfərdə "İmişli"ni (3:1), "Neftçi" evdə "Zirə"ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında XIII tura sabah yekun vurulacaq. Geri dön |